Ötən ay bu xidmətlərdə bahalaşma baş verib - SƏBƏBLƏR

 Ötən ay bu xidmətlərdə bahalaşma baş verib - SƏBƏBLƏR

Dövlət Statistika Komitəsi 2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətlərinin aylıq hesabatını hazırlayıb.

Asayis.Az xəbər verir ki, iyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş bəzi ödənişli xidmətlərdə bahalaşma müşahidə olunub. Bu, əsasən, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində baş verib.


Müşahidə olunan qiymət artımının səbəblərini nəqliyyat üzrə ekspert Rövşən Həsənov Demokrat.az-a açıqlayıb. 

“Servis xidmətlərində bahalaşma olanda bu, digər sahələrə də öz təsirini göstərir. Avtomobil ehtiyat hissələrinin, yağ – sürtkü maddələrinin qiymətində cüzi miqdarda artım müşahidə olunur. Özüm də istifadəçi olduğumçün cüzi bahalaşmasının olduğunu təsdiq edə bilərəm”. 



Ekspert qeyd edib ki, Tarif Şurasının taksi xidmətlərinin qiymətilə bağlı verəcəyi qərar gecikir.

“Ölkəyə yeni taksi operatoru daxil olub. Bahalaşma bununla da əlaqəli ola bilər. Lakin bu, süni baş verir. Bazarda qiymət məhz taksi şirkətlərinin rəqabəti əsasında müəyyən olunur. Yeni taksi şirkəti rəqabət prosesində digərlərini sıxışdırdığı üçün belə süni qiymət artımları baş verə bilir”. 
 

16:23 - 14 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin