Türkiyədə 20 yaşlı şəxs yaşadığı evin eyvanından quşlara atəş açıb. Asayis.Az xəbər verir ki, hadisə ölkənin Yalova vilayətində baş verib. Gənc oğlanın açdığı atəş qarşı tərəfdə olan xəstəxananın yeməkxanasına tuş gəlib, nəticədə 5 nəfər yaralanıb. Yaralılara dərhal müdaxilə edilib, eyni zamanda hücumçu gənc polis tərəfindən saxlanılıb. Saxlanılan şəxs polisə verdiyi ifadədə quşların səsindən narahat olduğuna görə onları vurmaq istədiyini bildirib. Polis məsələ ilə bağlı araşdırmalara davam edir.