Madər Musayev 4 saat əvvəl bunu paylaşmışdı - FOTO

 Madər Musayev 4 saat əvvəl bunu paylaşmışdı - FOTO

İyulun 14-də dünyasını dəyişən deputat Madər Musayevin feysbuk hesabında 4 saat əvvəl paylaşım edilib.

Asayis.Az Metbuat.az-a istinadən xəbər verir ki, onun şəxsi hesabında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 54 illiyi ilə bağlı geniş məqalə dərc olunub.

Xatırladaq ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Milli Məclisi deputatı seçilib. “Şöhrət” və “Şərəf” ordenləri, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

 

14:59 - 14 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin