Bu ilin iyul ayının 1-ə olan məlumata görə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 247 min 430 nəfər olub, onların 33,3 faizini qadınlar təşkil edib.
Asayis.Az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işsiz statusu verilən şəxslərin sayı son 1 ay ərzində 2 min 708 nəfər azalıb.
İşsizliyə görə müavinətin orta məbləği isə 4 manat 90 qəpik artaraq 407,5 manat olub. Müavinat alanların sayı 109 nəfər artaraq 2 min 568 olub.
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycanda işsiz kimi qeydiyyata alınan şəxslərin yalnız 1%-nə müavinət verilir.
Qeyd edək ki, işsiz kimi qeydə alınan şəxslərin 1/5-i - 49 min 800 nəfəri Bakı şəhərinin payına düşüb.
Bakı şəhərindən sonra ən çox işsiz Ağdam rayonunda qeydə alınıb – 10 min 749
Yeniavaz.com