Temperatur 50 dərəcəyə çata bilər - XƏBƏRDARLIQ

 Temperatur 50 dərəcəyə çata bilər - XƏBƏRDARLIQ

İtaliyada havanın temperaturu 48,8 dərəcəyə yüksələ bilər. 
Asayis.Az 
xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. 

Bildirilib ki, Avropa və Şimali Afrikanı yandıran isti dalğası bəzi yerlərdə rekord həddə çatacaq.

İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə temperatur 40 dərəcəni keçə bilər. 

İtaliyada Florensiya və Roma da daxil olmaqla on şəhər üçün isə qırmızı təhlükə elan edilib.

İtaliyada temperaturun 48,8 dərəcəyə çata biləcəyi ilə bağlı edilən xəbərdarlıq əhalini təşvişə salıb. 

Eyni zamanda ölkədə istidən dünyasını dəyişən vətəndaşlarla yanaşı turistlərin huşunu itirdiyi barədə məlumatlar var.

 

15:39 - 13 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin