“Nəqşicahan” motelində əxlaqsızlıq yuvası AŞKARLANDI

 “Nəqşicahan” motelində əxlaqsızlıq yuvası AŞKARLANDI

İyulun 12-də Naxçıvan MR Babək rayonu ərazisində əxlaqsızlıq yuvası yaradan şəxsin məhkəməsi başa çatıb.

Asayis.Az xəbər verir ki, Babək Rayon Məhkəməsində keçirilən prosesdə Şərur rayon sakini olan 1994-cü il təvəllüdlü Təbriz Musayev Cinayət Məcəlləsinin 244-cü (Əxlaqslız yuvaları saxlama) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, Təbriz Babək rayonu Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” moteli icarə əsasında işlədib. O, moteldəki 9 otaqda və həyətdəki 6 otağı 50-100 manat qarşılığında müştərilərə verib. Müştərilər arasında İrandan gəlmiş şəxslər üstünlük təşkil edib.

Təbriz ifadəsində moteldə yalnız fahişəliklə məşğul olan qadınların görüşünü təşkil etmədiyini deyib. O, obyektdə ailələrin, digər qonaqların da normal formada qaldığını bildirib. Bununla belə təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib və peşman olduğunu deyib.

Babək Rayon Məhkəməsinin hökmü ilə Təbriz Musayevə 3200 manat cərimə cəzası təyin edilib.

“Qafqazinfo”

15:29 - 13 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin