Bakının Qaradağ rayonunda 1995-ci il təvəllüdlü Fariz tanışı Ülviyyə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin oktyabrın 18-də Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzinin 5-ci sıra, 3-cü korpusunda yerləşən "Miss Moda" mağazasının qarşısında baş verib.
Fariz heç bir əsaslı səbəb olmadan yumruq və təpiklə tanışı Ülvinin bədənin müxtəlif nahiyyələrınə bır neçə dəfə vuraraq, ona xəsarətlər yetirib.
Həmçinin, Fariz Ülvinin istifadəsində olan eşitmə aparatını zədələyib, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib.
Hadisəni törədən Farizin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, “Binə” ticarət mərkəzində arabaçı işləyir:
“Hadisə günü, saat 16.00-da “Binə” ticarət mərkəzinin 5-ci sıra, 3-cü korpusunda olan zaman bazarda arabaçı işləyən uzaq qohumum Hüseynin bazarda su satışı ilə məşğul olan Ülvü ilə söhbət etdiyini gördüm. Onlara yaxınlaşdım və söhbətlərindən başa düşdüm ki, Hüseyn tanımadığı şəxsdən 10 manata gödəkçə alıb. Ülvi isə həmin gödəkçənin ona məxsus olduğunu bildirir. Ülviyə bir neçə dəfə izah etdim ki, gödəkçə ona məxsus deyil. Söhbət zamanı aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək əlim ilə Ülvinin sifətinə zərbə vurdum”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ülvinin sözlərinə görə, “Binə” ticarət mərkəzində su satışı ilə məşğul olur:
“Oktyabrın 18-də, saat 16.00-da “Binə” ticarət mərkəzinin 5-ci sıra, 3-cü korpusunda olan zaman bazarda arabaçı işləyən Hüseyni gördüm. Hüseynin mənim səhvən zibilliyə tullanılan gödəkçəmi geyinməsini müşahidə etdim. Mən dərhal ona yaxınlaşaraq həmin gödəkçəni haradan aldığını soruşdu. O da gödəkçəni tanımadığı şəxsdən “Sədərək” ticarət mərkəzində 10 manata aldığını dedi. Hüseynə həmin gödəkçənin mənə məxsus olduğunu bildirdim. Lakin Hüseyn mənə əhəmiyyət verməyərək getdi. Biz söhbət edən zaman yanımıza Hüseynin tanışı Fariz yaxınlaşdı.
Farizə baş vermiş hadisəni danışdım. Farizə Hüseynə 10 manat pulu verdikdən sonra gödəkçənı qaytarmasını dedim. Mənim bu sözümdən sonra aramızda sözlə mübahisə yarandı. Fariz bir əli ilə boğazımdan tutdu, digər əli ilə isə sifətimə zərbə endirdi. Fariz məni vurduğu zərbə nəticəsində yerə yıxıldım. Sağ qulağımın içərisində olan eşitmə aparatı sındı. Bundan sonra Həbib və Xəzər Farizi məndən ayırdı. Yaranmış səs-küyə polis əməkdaşları yaxınlaşdı və bizi polis bölməsinə apardılar”.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Fariz aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 6 ay 18 gün islah işləri cəzasına məhkum edilib.
Demokrat.az