Azərbaycanın böyük elektronika və məişət texnikasının satış şəbəkəsi “Maxi.az” bağlanır.
Asayis.Az-ın məlumatına görə, şirkətin müxtəlif ünvanlarda yerləşən əksər filialları ləğv olunub.
“Maxi.az”dan Ölkə.aza bildirilib ki, hazırda fəaliyyət göstərən bəzi filialları da iyun ayının sonuna qədər işləyəcək. Şirkətin məhsulları onlayn olaraq satılacaq, satış şəbəkəsi isə fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, “Maxi” şirkəti “İntegral Plus” mağazalar şəbəkəsinin əsasında qurulub və 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb. Şirkət Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir.
Ölkə.az