İyunun 28-i, çərşənbə günündən etibarən 3 günlük Qurban bayramı həyəcanı başlayır. Bayramla bağlı ən çox danışılan mövzulardan biri də qurban ətinin necə saxlanmasıdır.
Asayis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prof. Dr. İsmail Yılmazın fikrincə, qurban kəsildikdən sonra ət ən azı 6 saat və ya 1 gün dincəlməlidir, sonra isə dondurucuda 3 aydan 6 aya qədər saxlanıla bilər.
Qurban bayramında normaldan çox ətin istehlak edildiyini deyən həkim, ətin yanında mütləq göyərti də istehlak edilməsi lazım olduğunu bildirib.
Ətin qiymətli qida məhsulu olduğunu deyən Yılmaz, eyni gündə həddindən artıq ət istehlakının bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayıb. O, həmçinin ətin tərkibindəki zülal miqdarını, yağda əriyən vitaminlər qrupunu və dəmir tərkibi ilə qidalandırıcı bir məhsul olduğunu xatırladaraq, insan sağlamlığı üçün nə qədər əhəmiyyətli olduğunu dilə gətirib:
"Ət istehlakı ilə yanaşı, qazlı içkilər yerinə ayran, qatıq istehlak etmək məsləhət görülür. Bişmiş ətə əlavə olaraq kəklikotu, keşniş, sumaq və antioksidant qabiliyyəti yüksək olan digər ədviyyatların istifadəsi də ətin bişməsindən yarana biləcək bəzi sağlamlıq risklərini azaldır. Türk milləti olaraq qril yeməyi sevirik. Ancaq bunun əvəzinə tərəvəz ilə qaynadılma və ya bişirmə şəklində istehlak etmək çox vacibdir. Ətlə birlikdə yaşıl yarpaqlı tərəvəzlərdən hazırlanmış salatı tövsiyə edirik. Salatın tərkibindəki C vitamini ətin tərkibindəki dəmirin sorulmasını asanlaşdırır. Bu, istehlakçıların sağlamlığı üçün çox vacibdir”.
Qurban kəsim yerlərinin insan sağlamlığı və qurban ətinin mikrobioloji keyfiyyəti baxımından çox əhəmiyyətli olduğunu deyən professor vətəndaşların qurbanlarını bələdiyyələrin icazə verdiyi yerlərdə kəsməli olduğunu bildirib. Təyin olunmuş qurban kəsim yerlərində baytar nəzarəti aparıldığı üçün bu sayədə bir çox xəstəliklərin qarşısını almaq olur:
"Qurban kəsildikdən sonra ətin ən az 6 saat və ya 1 gün dincəlməsi lazımdır, ətin dərhal torbalarda saxlanması yanlışdır. 6 saat dincəldikdən sonra ət sümükdən daha asan soyulur. Əgər ət saxlama yerində qiymə kimi üyüdülürsə, 0-4 dərəcə istilikdə soyuducuda 3 günə qədər saxlaya bilərik. Kub şəklində olan əti 5 günə qədər saxlaya bilərik. Ətin soyuducudan kənarda və kəsim məntəqəsində saxlandığı vaxta diqqət yetirilməsi mütləqdir. Çünki orada mikrobioloji pozulma özünü göstərir, məhsullar xarab ola bilər. Ətin 3 aydan 6 aya qədər dondurucuda saxlanmasında heç bir problem yoxdur.
aya qədər dondurucuda saxlanmasında heç bir problem yoxdur.