Əməkdar müəllim qəzada öldü

 Əməkdar müəllim qəzada öldü

Ağsu rayonunda ağır yol qəzası baş verib.

Asayis.Az xəbər verir ki, rayonun Daşdəmirbəyli kəndi ərazisində “VAZ 2121” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Bico kənd sakini olan sürücü, 1953-cü il təvəllüdlü Yaşar Qarayev aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, o, Ağsuda tanınmış ziyalılardan olub. Uzun müddət təhsil müəssisələrində rəhbər vəzifədə çalışan Y.Qarayev Əməkdar müəllim imiş.

14:32 - 25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin