Azərbaycana keçirilən 436 kiloqram heroin Bolqarıstanda saxlanıldı - Gömrük Komitəsi xəbərsiz olub (VİDEO)

 Azərbaycana keçirilən 436 kiloqram heroin Bolqarıstanda saxlanıldı - Gömrük Komitəsi xəbərsiz olub (VİDEO)

 

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkəyə gətirilmiş külli miqdarda narkotik maddənin sərhəddən keçirilməsindən xəbərsiz olub.

Asayis.Az-ın məlunatına görə, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Gömrük Postu vasitəsilə Azərbaycan ərazisinə gətirilmiş 436 kiloqram heroin maddəsi Qırmızı-Körpü gömrük postundan rahat şəkildə keçirilib. Narkotik maddə Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan aparılarkən bu ölkənin sərhəd-keçid məntəqəsində saxlanılıb.

Saxlanılan mallara baxış zamanı məlum olub ki, TIR-a yüklənmiş yüklərin içərisində 436 kiloqram heroin maddə daşınır.

Faktla bağlı Bolqarıstanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xismətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi gizlədilmiş formada narkotik vasitənin bir çox ölkənin ərazisindən keçirilməsinə dair məlumat araşdırılır.
 

09:53 - 20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin