Sergey Şoyqu təcili İrana getdi

 Sergey Şoyqu təcili İrana getdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu gözlənilmədən İrana gedib.

Asayis.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumata görə, Tehranda onu İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədiyan qəbul edib.

Danışıqlar zamanı Şoyqu bildirib ki, Rusiya İranın Azərbaycanla dəhlizlər və kommunikasiyalar məsələsində siyasətini dəstəkləyir.

Tərəflər Zəngəzur dəhlizinin açılması prosesini də müzakirə ediblər.

Xatırladaq ki, bu, Şoyqunun son ay yarım ərzində İrana ikinci səfəridir.

10:46 - 18 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin