“TikTok” Rusiyanın xəbər hesablarını bağladı

 “TikTok” Rusiyanın xəbər hesablarını bağladı

“TikTok” rəsmi saytında Rusiyanın dövlət televiziyası RT və “Sputnik” xəbər agentliyinin ana şirkətləri olan “TV-Novosti” ilə “Rossiya Seqodnya”nın hesablarını həmişəlik bağladığını elan edib.

Asayis.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumata görə, bəyanatda Rusiya media qurumlarının “seçicilər üçün aldadıcı məlumatlar yaydığı”, “örtülü təsir əməliyyatları” adlandırılan “siyasi təbliğatı qadağan edən qaydaları pozduğu” bildirilib.

Qeyd edək ki, bu hesablar Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada da məhdudlaşdırılıb.

11:10 - 25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin