Rusiyada saxlanılan Elman Paşayevlə bağlı yeni detallar - 707 min borcu var

 Rusiyada saxlanılan Elman Paşayevlə bağlı yeni detallar - 707 min borcu var

Xəbər verdiyimiz kimi, keçmiş azərbayacanlı vəkil və iş adamı Elman Paşayev Rusiyanın Moskva şəhərində saxlanılıb. 

Asayis.Az xəbər verir ki, Elman Paşayev həmçinin Rusiya Federal Vergi Xidməti tərəfindən axtarışa verilib. 
 
Bu barədə Rusiya mətbuatında məlumat dərc olunub. Bildirilib ki, onun dövlətə 707 min rubl borcu var. 

Məlumata görə, dünən onun “Elman Group” şirkətinin hesabları üzrə əməliyyatlar vergilərin ödənilməməsinə görə dayandırılıb. Şirkətin saytı artıq işləmir. Keçən il o, bir neçə yüz min rubl zərərlə işləyib. 

16:21 - 17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin