Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb

 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb

Sumqayıtda avtomobilin vurduğu azyaşlı ölüb.

Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

"Toyota Corolla" markalı avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü Fəqan Anar oğlu Əhədlini vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

16:07 - 20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin