Azərbaycanın ən kasıb rayonları – SİYAHI

 Azərbaycanın ən kasıb rayonları – SİYAHI

Azərbaycanda pul gəlirləri və yatırımlara görə, ölkənin ən geridə qalmış rayonları məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə 73 rayon şəhərin bir neçəsində gəlirlər və investisiya qoyuluşları minimum həddədir və ölkə üzrə orta göstəricilərdən bir neçə dəfə aşağıdır.

 

Ümumi investisiya məbləğinə görə - ƏN KASIB 11 RAYON

2022-ci ilin nəticələrindən məlum olur ki, ölkədə ən az pul yatırılan 11 rayon – Zərdab, Kəngərli, Saatlı, Göyçay, Ordubad, Lerik, Sədərək, Gədəbəy, Yardımlı, Şahbuz və Naftalandır.

Bu rayonlara il ərzində 1-8 mlyon manat arasında sərmayə yatırılıb. Müqayisə üçün bildirək ki, Azərbaycanda 73 rayon və şəhərdən 53-də yatırımların həcmi 20 milyon manatdan artıqdır. 43 rayonda isə 30 milyondan artıqdır.

Ümumiyyətlə, yatırımların həcminə görə «kasıb» rayonların siyahısında Naxçıvan MR-a daxil olan rayonların olması diqqəti cəlb edir, baxmayaraq ki, bu dövrdə Naxçıvan şəhərinə 1 milyard manata yaxın sərmayə yatırılıb.

 

Rayon

2022-də rayona yatırılan illik investisiya məbləği (min manat)

  1.  

Zərdab rayonu

8 047

  1.  

Kəngərli rayonu

8 003

  1.  

Saatlı rayonu

7 362

  1.  

Göyçay rayonu

6 786

  1.  

Ordubad rayonu

6 551

  1.  

Lerik rayonu

6 253

  1.  

Sədərək rayonu

5 016

  1.  

Gədəbəy rayonu

3 129

  1.  

Yardımlı rayonu

2 971

  1.  

Şahbuz rayonu

2 654

  1.  

Naftalan şəhəri

1 024

  1.  

Xocalı rayonu

  217

 

Adambaşına sərmayələrə görə  ƏN KASIB 14 RAYON

Adambaşına sərmayələr baxımından ən kasıb rayonlarda vəziyyət ümumiyyətlə biabırçı şəkil alıb. DSK-nin məlumatları əsasında FED.az-ın aparığı hesablamaya görə, ölkə üzrə yatırımların adambaşına düşən orta məbləği 1 800 manatdır. Amma ayrı-ayrı rayon və şəhərlərdə bu məbləğ kəskin fərqlənir.

Belə ki, Azərbaycanda cəmi 18 şəhər və rayonda adambaşına yatırımlar 1000 manatan artıqdır. Qalan 55 rayon və şəhərdə məbləğlər daha aşağıdır. 43 rayonda adambaşına yatırımlar 500 manatdan aşağıdır. 33 rayonda isə admmbaşına yatırımlar 300 manatdan da azdır.

Azərbaycanın adambaşına düşən investisiyaların həcminə görə ən kasıb rayonlarında isə bu məbləğ ümumiyyətlə 100 manatdan da azdır.

Siyahıda yer alan 14 rayondan biri hələ də işğal altında olan Xocalı rayonudur – adambaşına 18 manat. Amma məsələn, Gədəbəy rayonunda sərmayə qoyuluşu ilə bağlı vəziyyət Xocalıdan o qədər də fərqlənmir – 31 manat. Yardımlı, Göyçay, Saatlı və Lerikdə də adambaşına illik yatırımların  həcmi 100 manatdan aşağıdır.

 

Rayonlar

2022-də rayona yatırılan adambaşına illik investisiya məbləği (manat)

1

Zərdab rayonu

136,15

2

Ucar rayonu

136,13

3

Ordubad rayonu

129,73

4

Babək rayonu

121,77

5

Beyləqan rayonu

119,14

6

Naftalan şəhəri

119,03

7

Şahbuz rayonu

104,91

8

Şərur rayonu

100,69

9

Lerik rayonu

73,39

10

Saatlı rayonu

67,11

11

Göyçay rayonu

57,60

12

Yardımlı rayonu

43,88

13

Gədəbəy rayonu

31,04

14

Xocalı rayonu

18,84

 

Əmək haqqının məbləğinə görə  ƏN KASIB 14 RAYON

2022-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 839 manat təşkil edib.  Amma bu orta göstəricidir və yalnız Bakıda maaşların məbləği bu göstəricidən yüksək olub – 1080 manat. Qalan bölgələrdə isə maaşların həcmi ilə bağlı paytaxtla böyük fərq var və bu fərq 2 dəfədən artıqdır.

Belə ki, ölkədə Bakı şəhəri və Daşkəsəndən başqa heç bir rayonda əmək haqqı 800 manatdan yüksək deyil. 73 rayondan 60-da aylıq əmək haqları 600 manatdan aşağıdır. 4 rayonda isə maaşların həcmi 500 manatdan da aşağıdır – bunlar maaş baxımından ən kasıb rayonlardır. Belə rayonların siyahısına Qax rayonu başçılıq edir – 451 manat. Bu Azərbaycanda 2022-ci ildə qüvvədə olan minimum əmək haqqından cəmi 150 manat yüksəkdir.Balakən, Zaqatala və Xızı rayonlarında isə maaşlar 480-490 manat arasında dəyişir. Siyahıdakı digər 10 rayonda orta aylıq əmək haqqı 497-520 manat arasındadır.  

 

Rayonlar

2022-də orta aylıq əmək haqqı (manat)

1

Naftalan şəhəri

519,3 manat

2

Göyçay rayonu

516,8 manat

3

Tərtər rayonu

513,4 manat

4

Ağcabədi rayonu

510,6 manat

5

Saatlı rayonu

509,1 manat

6

Sabirabad rayonu

506,9 manat

7

Ağstafa rayonu

505,9 manat

8

Ağdaş rayonu

505,9 manat

9

Kürdəmir rayonu

505,7 manat

10

Beyləqan rayonu

497,6 manat

11

Xızı rayonu

488,3 manat

12

Zaqatala rayonu

480,4 manat

13

Balakən rayonu

480,3 manat

14

Qax rayonu

451,5 manat

 

11:05 - 7 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin