Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal təsirli paylaşım edib.
Asayis.Az xəbər verir ki, bu barədə o, instaqramda yazıb:
"16 noyabr 2016-cı ildə çəkilişdən mənə bu rəsmi göndərdi ki, ilk selfimi çəkdim. Elə sevinirdi ki... Gözəl, nur üzlü həyat yoldaşım! Bir təbəssüm belə o gözəl insanı xoşbəxt edirdi. Ən kiçik şeylərdən belə xoşbəxt olmağı bacarırdı... İnsan özü ilə nə qədər danışar? Bezmişəm tək danışmaqdan! Əslində sən yaşadın, ölən mən oldum, gözəl üzlü yarım! Rəbbim şahiddir ki, sənə qovuşacağım günü necə gözləyirəm. Hələlik o günə qədər sənin məndə yadigar qalan parçanla davam edəcəyəm!".
Qeyd edək ki, aktrisa uzunsürən xərçəng xəstəliyindən sonra vəfat edib.