Dünən Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə uzun müddətdir gözlənilən müraciətini edib. Putinin sayca 18-ci olan müraciəti təqribən 2 saat davam edib və canlı yayımlanıb.
Asayis.Az “Daily Mail”ə istinadən xəbər verir ki, Putinin çıxışı ilə yanaşı, tədbirə dəvət olunan rəsmi şəxslərin və nazirlərin ölkə başçısı çıxış edərkən yuxulaması diqqət çəkib.
Bir sıra xarici media və sosial şəbəkələrdə yayılan görüntülərdən vəzifəli şəxslərin bəzilərinin əsnədiyini, bəzilərinin isə, hətta yatdığını görmək mümkündür. Ən çox diqqət çəkən isə Dövlət Dumasının üzvü Leonid Slutskiyin yatması olub.
Sözügedən görüntülər sosial şəbəkələrdə geniş paylaşılıb.