Naxçıvanda inşa edilən bu abidə sökülüb - FOTO

 Naxçıvanda inşa edilən bu abidə sökülüb - FOTO

Naxçıvan şəhəri “Böyük bağ” ərazisində kommunistlər üçün inşa edilən abidə sökülüb. Asayis.Az APA-ya istinadən xəbər verir ki, Naxçıvanda sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən bu abidənin üst fasadı yanvarın 14-ü axşam saatlarında sökülüb.

Tikili tam söküldükdən sonra burada başqa abidənin ucaldılacağı gözlənilir. Məlumata görə, bu, 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunan abidə də ola bilər.

13:46 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin