Gəncədə AĞIR QƏZA: 5 gənc xəsarət aldı

 Gəncədə AĞIR QƏZA: 5 gənc xəsarət aldı

Gəncədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Asayis.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı 5 nəfər xəsarət alıb.

Bunlar 1996-ci il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahovdur.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

11:55 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin