DİN qumbara satan şəxsi cinayət başında yaxaladı

 DİN qumbara satan şəxsi cinayət başında yaxaladı

Sabirabadda qumbara satan şəxs saxlanıb. Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Camo Niftəliyev 1 ədəd “F-1” əl qumbarasını satarkən cinayət başında yaxalanıb.

Araşdırma aparılır.

16:59 - 14 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin