Bakı şəhəri Binəqədi rayonunda 1 nəfərin xəstəxanaya aparılması zərurəti yaranıb.
Asayis.Az xəbər verir ki, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün FHN-ə müraciət edilib.
Daha sonra, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Xilasedicilərin köməkliyi ilə vətəndaş 3-cü mərtəbədəki mənzildən aşağı düşürülüb və təcili tibbi yardım briqadasına təhvil verilib.