İstanbulda DƏHŞƏTLİ HADİSƏ: Körpüdə avtomobildəkilərə silahlı hücum edildi - FOTO

 İstanbulda DƏHŞƏTLİ HADİSƏ: Körpüdə avtomobildəkilərə silahlı hücum edildi - FOTO

Türkiyənin İstanbul şəhərində silahlı insident baş verib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Haliç körpüsündə yaşanıb. Həmin vaxt ərazidə olan avtomobilə silahlı hücum edilib.

İnsident zamanı maşındakı şəxslərdən biri dünyasını dəyişib, digər şəxs isə yaralanıb. Xəsarət alan şəxs təcili olaraq xəstəxanaya çatdırılıb. 

Avtomobilin sürücüsü hadisə yerindən qaçıb. İnsident baş verən ərazidə 41 giliz aşkarlanıb. Hücum edənlər avtomobili təxminən 50 metr aralıda qoyaraq qaçıblar. 

Hadisədən sonra Haliç körpüsünün bir hissəsi bağlanıb. 

15:13 - 14 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin