Klarnetçi Hüseynin həyat yoldaşı "Səs Azərbaycan" yarışmasında - FOTO

 Klarnetçi Hüseynin həyat yoldaşı

Aktrisa Aysel İbrahimova yeni xəbərlə gündəmə gəlib. Aayis.Az xəbər verir ki, o, İTV-də yayımlanan "Səs Azərbaycan. Doğma nəğmələr" müsabiqəsinə qatılıb. Aysel yarışmada "Gözümdə Leylisən" mahnısı ilə çıxış edib. 

Müsabiqə zamanı hər üç münsif Ayselin ifasını bəyənərək ona tərəf çevriliblər. O, aşıq Samirə Əliyevanın komandasına qatıldığını bildirib. 

Xatırladaq ki, Aysel İbrahimova Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşıdır. Onların bir azyaşlı övladı var. 

12:43 - 14 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin