“28 May” stansiyasının qarşısında dava olub, xəsarət alan var

 “28 May” stansiyasının qarşısında dava olub, xəsarət alan var

Bakının Nəsimi rayonunda, metronun “28 May” stansiyasının qarşısında dava zamanı bir nəfərin qolu sınıb. Asayis.Az “report”a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Səmədov Ramil Nəsib oğluna dava zamanı dəmir küt alətlə ağır xəsarət yetirilib.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

11:58 - 14 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin