Rövşən Rüstəmov özünə yeni müşavir təyin etdi

 Rövşən Rüstəmov özünə yeni müşavir təyin etdi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun əmri ilə Aysel Soltanova sədrin müşaviri vəzifəsinə təyin olunub. Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Aysel Soltanova Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb.

Aysel Soltanova 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb.

2014-2020-ci illərdə "Azərkosmos" ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib.

2021-ci ildən isə "Aztelekom" MMC-də baş direktorun birinci müavini vəzifəsində çalışıb.

19:10 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin