Bakıda təmir sexindən maşın qaçırılıb

 Bakıda təmir sexindən maşın qaçırılıb

Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərindən birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-dən Asayis.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Araşdırma aparılır.

19:11 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin