Xocavənddə partlayış - Ölən var

 Xocavənddə partlayış - Ölən var

Xocavənddə əlində sursat partlayan şəxs ölüb. Asayis.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən qafqazinfo-ya bildirilib.

Hadisə rayonun Ağburun adlanan ərazisində baş verib.

Belə ki, orada heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən partlayıcı sursat tapıb. E.Hümbətovun sursatla ehtiyatsız davranması ucbatından partlayış baş verib. Nəticədə o, hadisə yerində ölüb.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.

18:44 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin