"Çox pis xəbər oldu" - Emin Ağalarov

Dünyaca məşhur müğənni Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib. Asayis.Az xəbər verir ki, onun ölümü ilə bağlı bir çox məşhur paylaşım edərək anası Prisilla Presliyə başsağlığı veriblər. Həmin tanınmışlar arasında Xalq artisti Emin Ağalarov da olub.

O, sosial şəbəkə hesabında "Elvis Preslinin yeganə övladı Liza Marinin ölümü xəbərini eşitmək çox kədərlidir. Ailəsinə və anası Prisillaya başsağlığı verirəm. Çox pis xəbər oldu" sözlərini yazaraq onun vəfatına görə təəssüfləndiyini ifadə edib.

Məlumat üçün bildirək ki, Liza Mari də atası kimi musiqiçi olub. O, bu günə qədər üç albom buraxıb.

17:37 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin