"Qarabağ" Fransa millisinin futbolçusunu transfer etdi - FOTO

"Qarabağ" FK Fransanın U-21 millisinin futbolçusu Adama Diakabini transfer edib. Asayis.Az xəbər verir ki, bu barədə klub rəsmi paylaşım edib.

Bildirilir ki, "Qarabağ" FK Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. 

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.

17:17 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin