“Pələng” ləqəbli azərbaycanlı hərbçi Soledarda iki tankı sıradan çıxardı

 “Pələng” ləqəbli azərbaycanlı hərbçi Soledarda iki tankı sıradan çıxardı

Ukraynada müharibə davam edir. Asayis.Az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Dnepropetrovsk vilayəti müntəzəm olaraq raket hücumuna məruz qalır. Buna səbəb ərazinin strateji əhəmiyyətidir.

Həmçinin qeyd edilib ki, Donetsk vilayətinin Baxmut rayonunun Soledar şəhəri uğrunda ağır döyüşlər gedir.

Məlumata görə, “Pələng” ləqəbli azərbaycanlı hərbçinin mina düzməsi nəticəsində Soledarda iki Rusiya tankı ekipajı ilə birlikdə sıradan çıxıb.

17:06 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin