Məşhur rusiyalı idmançı dəhşətli yol qəzasında öldü -

 Məşhur rusiyalı idmançı dəhşətli yol qəzasında öldü -

Hündürlükdən suya tullanma üzrə Rusiya çempionu 23 yaşlı Leyla Salyamova avtomobil qəzasında dünyasını dəyişib. Asayis.Az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Dalğıc Federasiyasının Prezidenti Stanislav Drujinin məlumat verib.

Qəza Karelyadakı magistral yolda baş verib. Məlumata görə, iki avtomobil toqquşub, nəticədə sürücü və idmançı ölüb. Digər maşında olan iki nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Leyla Salyamova 2021-ci ildə hündürlükdən suya tullanma üzrə Rusiya çempionu olub. O həmçinin qüllədən sinxron suya tullanma üzrə ölkə çempionatının gümüş mükafatçısı (2015) idi.

16:25 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin