İranda sərnişinlər artıq çəkiyə görə təyyarədən düşürüldü

 İranda sərnişinlər artıq çəkiyə görə təyyarədən düşürüldü

İranın paytaxtı Tehranın Mehrabad hava limanında havaya qalxmağa hazırlaşan sərnişin təyyarəsində 2 nəfər artıq çəki səbəbi ilə düşürdülüb.

Asayis.Az "Haber Global"a istinadla xəbər verir ki, "Mehr" xəbər agentliyinə danışan və adı açıqlanmayan sərnişinlərdən biri baş verənlərə münasibət bildirib.

"Tehran-Hürem Abad reysi üçün hazırlaşan sərnişin təyyarəsində həddindən artıq ağırlıq olduğu əsas gətirilərək 2 nəfərin könüllü təyyarədən enmələri tələb olundu. 2 saat təyyarədə gözlədik və mən və başqa bir sərnişin düşdük. Sonra uçuş həyata keçirildi", - deyə sərnişin bildirib.

14:30 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin