Müğənni Mustafa Sandalın 53 yaşı tamam olub. Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Birə-bir" verilişinə qonaq olan sənətçiyə ikinci həyat yoldaşı Melis və oğlu Yaman sürpriz ediblər.
Onlar studiyaya tort gətirərək sənətçini təəccübləndiriblər.
Daha sonra müğənni övladı və arvadı ilə doğum günü tortunu kəsib.
Xatırladaq ki, Mustafa Sandal ötən ilin iyununda Melis Sütşurupla Romada nikah bağlayıb. Sənətçinin ilk evliliyindən iki oğlu var.