Qəbiristanlıqdan oğurluq edənlər tutulub - FOTO

 Qəbiristanlıqdan oğurluq edənlər tutulub - FOTO

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Asayis.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ata Məmmədli, Orxan Orucov və Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, onlar daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlayıblar. Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

13:22 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin