ARB telekanalında yayımlanan "Həmin Zaur" proqramında maraqlı anlar yaşanıb. Asayis.Az xəbər verir ki, proqrama qonaq olan müğənni Mehriban Qənbərovaya dollardan yığılan buket və mənzil açarı göndəriblər. İfaçı bu hədiyyələrin kimdən gəldiyini bilmədiyini qeyd edib.
Mehribana göndərilən buketdə 20 min dollar (təxminən 34 000 AZN) olub. Bu haqda Zaur Kamal məlumat verib.
Daha sonra isə aparıcı sənətçiyə göndərilən 250 m2 mənzilin açarını təqdim edib. Efir zamanı sözügedən evin yerləşdiyi binanın görüntüləri də nümayiş olunub.