Azərbaycanda kimlərin maaşı nə qədər artdı? - SİYAHI

 Azərbaycanda kimlərin maaşı nə qədər artdı? - SİYAHI

Azərbaycan Prezidenti cənab İlham Əliyev əhalinin sosial təminatının gücləndirilməsi üçün yeni sərəncam və fərmanlar imzalayıb. Bununla da bir sıra dövlət qurumlarında çalışanların əmək haqları və eləcə də sosial müavinətlər və təqaüdlər artırılıb. 2023-cü ildə dövlət büdcəsindən sosial sferaya 15.2 milyard manatın ayrılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə xərclərinin 46.0 faizi sosial sferaya yönəldiləcək. Qarabağ və Şərqi Zəngəzurda quruculuğun davam etməsi və təhlükəsizlik xərclərimizi də nəzərə alsaq sosial sferaya kifayət qədər böyük vəsaitin ayrılması reallaşacaq. Bu, müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır.

Asayis.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, son sərəncam və fərmanlar 2 milyon 700 mindən artıq vətəndaşı əhatə edəcək.

15:40 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin