Cənubi Azərbaycanda dəhşət! - Bina partladı - Ölən və yaralananlar var

 Cənubi Azərbaycanda dəhşət! - Bina partladı - Ölən və yaralananlar var

Cənubi Azərbaycanın Bukan şəhərində dəhşətli partlayış baş verib. Asayis.Az xarici mətbuata istinadən xəbər verir ki, yaşayış binasında qaz partlaması nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bukan Bələdiyyəsinin Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətinin rəhbəri Rəsul Marufi hadisənin qaz xəttindəki sızma nəticəsində baş verdiyini deyib.

Marufinin sözlərinə görə, yanğınsöndürənlər 2-si uşaq olmaqla 6 nəfərin cansız bədənini dağıntılar altından çıxarıb, biri yanğınsöndürən olmaqla 4 yaralı isə xəstəxanada müalicəsini davam etdirir.

İranlı rəsmi qeyd edib ki, ərazidə axtarış-xilasetmə işləri də davam edir. İlkin məlumatlarda hadisənin qaz sızması nəticəsində meydana gəldiyini deyən Marufi partlayışın dəqiq səbəbinin hələlik məlum olmadığını, qaz şirkəti mütəxəssislərinin araşdırmalarını davam etdirdiyini bildirib. 

Bukan bələdiyyə sədri bina ilə yanaşı ona bitişik iki tikilinin də 70%-ə qədərinin dağıldığını deyib. O, ölü sayının artacağını istisna etməyib. 

11:50 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin