Ermənilər Qarabağda üç yeni hərbi obyekt tikib - FOTO

 Ermənilər Qarabağda üç yeni hərbi obyekt tikib - FOTO

Ermənistan Azərbaycanın Qarabağ bögəsində üç yeni hərbi obyekt tikib. Asayis.Az xəbər verir ki, bu barədə BAKU.TV-nin “Salam Baku” verilişində məlumat verilib. 

Qeyd edilib ki, ermənilərin ötən il Laçın yolu ilə gətirdikləri materiallardan istifadə edilərək tikilən hərbi obyektlərin görüntüsü sosial şəbəkələrdə yayılıb.

“Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq ermənilərin Laçın yolundan hərbi məqsədlər üçün istifadə etdiklərinin əyani sübutu oldu”, - deyə əlavə edilib.

11:07 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin