Naxçıvan üçün Türkiyədən 47 milyon dollarlıq avtobus alınıb

 Naxçıvan üçün Türkiyədən 47 milyon dollarlıq avtobus alınıb

Ötən il Türkiyədən 83 ölkəyə avtobus və mikroavtobus ixrac edilib. Asayis.Az "Baku.ws"ə istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin hesabatına əsasən, 2022-ci ildə Türkiyənin xarici ölkələrə avtobus ixracatı ötən illə müqayisədə 16,10 faiz artıb.

2021-ci ildə ixracatın həcmi 1 milyard 265 milyon 559 min dollar təşkil etmişdisə, 2022-ci ildə bu rəqəm 1 milyard 469 milyon 272 min dollara çatıb.

Türkiyədən ötən il ən çox avtobus və mikroavtobus ixrac edən ölkə Fransa olub. Bu ölkəyə 308 milyon 941 min dollar həcmində avtobus satılıb.

İkinci yerdə 160 milyon 928 min dollarla Almaniya, üçüncü yerdə isə 146 milyon 369 min dollarla İtaliya qərarlaşıb.

Siyahıda 10-cu pillədə Azərbaycan da göstərilib. Belə ki, Azərbaycana - daha dəqiq desək Naxçıvana 47 milyon 666 min dollarlıq avtobus ixrac edilib.

10:40 - 13 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin