Bakıda qadın kişini aldadıb 37 min manat pulunu aldı

 Bakıda qadın kişini aldadıb 37 min manat pulunu aldı

Bakıda külli miqdarda dələduzluq qeydə alınıb. Asayis.Az lent.az-a istinadən xəbər verir ki, Qədir İsmayıl oğlu Abbasov polisə ərizə ilə müraciət edərək Sumqayıt şəhər sakini Ülviyyə Əsədovanın onu aldatdığını və 37 min manat pulunun mənimsənildiyini bildirib.

Daxil olan şikayət əsasında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır.

18:26 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin