Pakistanlı aktrisaya Bakıda təcavüz edildi - FOTO

 Pakistanlı aktrisaya Bakıda təcavüz edildi - FOTO

Pakistanlı aktrisa Mehrin Şah film çəkilişi ilə bağlı gəldiyi Bakıda təcavüzə məruz qaldığını iddia edib. Asayis.Az “olay”a istinadla xəbər verir ki, bu haqda sənətçi instaqramda məlumat paylaşıb.

O, hindistanlı prodüser Rac Qupta və rejissor Seyid Ehsan Əli Zaidi tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Mehrin prodüser və rejissorun otelə seks işçiləri dəvət etdiyini də qeyd edib. M. Şah onların əxlaqsız tələblərini yerinə yetirmək istəmədikdə isə ona təcavüz olunduğunu söyləyib.

Sənətçi digər aktrisaları xəbərdar etmək üçün baş verənləri ictimailəşdirmək qərarına gəldiyini bildirib.

18:14 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin