"Mələyim, sən bu həyatda tanıdığım ən yaxşı insansan" - Emin Ağalarov

Xalq artisti Emin Ağalarov bacısı Şeylanı ad günü münasibəti ilə təbrik edib. Asayis.Az xəbər verir ki, sənətçi bacısı ilə arxiv görüntülərini paylaşaraq ona xoş sözlərini bildirib. 

"Ad günün mübarək, balaca mələyim, sən bu həyatda tanıdığım ən yaxşı insansan. Xoşbəxt ol! Səninlə olmayanlara icazə ver getsinlər. Mən həmişə səninləyəm!"

Xatırladaq ki, Şeyla Ağalarova Nyu-Yorkda "Fashion Institute of Technology"də təhsil alıb. O, hazırda dizayn sahəsində çalışır. 

17:50 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin