Avtomobili əks yolla sürən sürücü qəza şəraiti yaratdı

 Avtomobili əks yolla sürən sürücü qəza şəraiti yaratdı

Paytaxt yollarının birində təhlükəli anlar qeydə alınıb.  Asayis.Az xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə göndərilib. 

Məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki buzlu və sürüşkən yolda maşın hərəkətin əks istiqamətinə əks yola çıxaraq ötmə əməliyyatı həyata keçirib. 

Sürücü bu addımı ilə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Qeyd edək ki, qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327,4-cü maddəsinə (birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə) uyğun olaraq 4 ballıq (100 manat) cəriməsi olan haldır. 

14:56 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin