Media subyektlərinin 3 il müddətində vergidən azad olunması ilə bağlı qanun layihəsi hazırlanır

 Media subyektlərinin 3 il müddətində vergidən azad olunması ilə bağlı qanun layihəsi hazırlanır

“Media subyektlərini (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb”.

Asayis.Az report-a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

O qeyd edib ki, qanun layihəsinə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.

Ə.İsmayılov bildirib ki, qanun layihəsi maraqlı orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.

 

13:45 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin