Azərbaycanda yayılan kütləvi xəstəliyin adı məlum oldu - Təbil pərdəniz deşilə bilər...

 Azərbaycanda yayılan kütləvi xəstəliyin adı məlum oldu - Təbil pərdəniz deşilə bilər...

Son zamanlar azyaşlılar arasında titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə və ümumi zəifliklə müşahidə edilən ağır xəstəlik yayılıb. 

Asayis.az-ın  məlumatına görə, bu, "İnfluenza" xəstəliyidir. Bu, bir zamanlar dünyada geniş yayılan "Quş qripi" bəlasının növüdür. "İnfluenza" qrip virusunun səbəb olduğu nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Buna insanlarla yanaşı, heyvanlar və quşlar da yoluxurlar. Qrip kəskinləşdikdə sətəlcəm ilə nəticələnə, bu isə ölümə səbəb ola bilər. Xüsusilə, sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir.

"İnfluenza" hava-damcı yolu ilə ötürülür. İnfeksionistlərin sözlərinə görə, xəstəliklə bağlı klinikalara ən çox müraciət edənlər azyaşlılardır. Artıq hər evdə bu xəstəliyə yoluxan uşaq var. Onlarda bronx şaxələri daha qısa olduğundan bu xəstəliyə tez tutulurlar. 

Sözügedən xəstəliklə bağlı Asayis.az-a danışan pediatr Gülnar İslamzadə xəstəliyinin 3 forması olduğunu və bunun testlərlə müəyyən edilərək  müalicə edildiyini bildirib:

"Son zamanlar uşaqlar arasında yayılan "İnfluenza" xəstəliyin 3 forması var: A B və C. Bizim üçün daha çox əhəmiyyət kəsb edən A və B formalarıdır. Azərbaycanda bu xəstəliyin hazırda ən çox A forması yayılıb. B forması A ilə müqayisədə daha yüngül keçir. Əsas əlamətləri qızdırma, boğaz ağrısı, öskürək, burun axıntısı və kəskin halsızlıq olur. Hazırda xəstəliyi müəyyən etmək üçün "İnfluenza kant" testləri mövcuddur. Müalicəsi kapsula dərmanlarla aparılır. Uşaqlarda ilk klinik əlamətlər 48 saat ərzində özünü göstərir. Halsızlıq isə 3 həftəyə qədər davam edir".

12:46 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin