Dövlət sərhədində ƏMƏLİYYAT: İki nəfər saxlanıldı - FOTO

 Dövlət sərhədində ƏMƏLİYYAT: İki nəfər saxlanıldı - FOTO

Yanvar ayının 11-də saat 22:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Asayis.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

12:41 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin