Media subyektlərinin vergidən azad olunması üçün qanun layihəsi hazırlanıb

 Media subyektlərinin vergidən azad olunması üçün qanun layihəsi hazırlanıb

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb.

Asayis.az-ın  məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, qanun layihsinə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara ve rilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.

12:32 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin