Xaçmazda tüfənglə ehtiyatsız davranışa görə kişi öldü

 Xaçmazda tüfənglə ehtiyatsız davranışa görə kişi öldü

Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Asayis.az-a bildirilib ki, ilkin məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.

R.Apayev müharibə iştirakçısıdır.

Araşdırma aparılır.

10:49 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin