İlham Əliyev ermənilərə vaxt qoydu

 İlham Əliyev ermənilərə vaxt qoydu

“Fikrimcə bu il çox məsələlərə aydınlıq gətirəcəyik. Yeri gəlmişkən, mən ürəkdən inanırdım ki, ilin sonuna qədər saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı.

Ermənistan nə gözləyir?! Yəqin ki, hansısa geosiyasi dəyişikliklər. Ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəsürat yaranır ki, ona kimsə, nəsə vəd edib.

Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili qüvvələr balansı və 2 il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də, keçən ilin sentyabrında baş vermiş, və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi, onların öz işidir. Biz kömək edə bilərik”.

Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

09:41 - 12 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin